Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanda güclü təsiredici dərmanları satacaq əczaçılıq müəssisələri müəyyənləşib

Azərbaycanda güclü təsiredici dərmanları satacaq əczaçılıq müəssisələri müəyyənləşib

Date: 2 December 2016 15:47

Bakı. 2 dekabr. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində bu mərkəzin, eləcə də Respublika Narkoloji, İnnovasiya və Təchizat mərkəzləri rəhbəliyinin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin və zəhərli maddələrin topdan və pərakəndə satışı fəaliyyətinə xüsusi icazə almaq istəyən, çoxsaylı aptek şəbəkəsinə malik iri topdansatış əczaçılıq şirkətlərinin rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.
Nazirlikdən "Report"a verilən məlumata görə, Analitik Ekspertiza Mərkəzinin direktoru M.Süleymanov və Respublika Nazrkoloji Mərkəzinin direktoru T.Məmmədhəsənov “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanun, bu qanunla təsdiq olunmuş güclü təsir edən maddələr və zəhərli maddələrin idxalı, saxlanması və satışına olan tələblər barədə ətraflı məlumat veriblər.
Güclü təsir edən maddələrin və zəhərli maddələrin siyahısına daxil olan dərman vasitələrinin satışına xüsusi icazə almaq üçün Səhiyyə Nazirliyindən rəyin verilməsini istəyən əczaçılıq müəssisələrində belə dərman vasitələrinin istifadəsinə tibbi göstərişi olan xəstələrə əlçatan olmasının təmin edilməsi məqsədilə, həmçinin bu siyahıya daxil olan dərman vasitələrinin qanunvericiliklə saxlanılması və satışı tələblərinə cavab verən əczaçılıq müəssisələrinin siyahısını hazırlayıb, Analitik Ekspertiza Mərkəzinə və Respublika Narkoloji Mərkəzinə təqdim olunması bildirilib.
Sonda Analitik Ekspertiza Mərkəzinin, Respublika Narkoloji Mərkəzinin və İnnovasiya və Təchizat Mərkəzinin rəhbərləri toplantı iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.


Tags:  Azərbaycanda güclü təsiredici dərmanları satacaq əczaçılıq müəssisələri müəyyənləşib

RƏYLƏR


Top news