Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda muğam musiqi axşamı təşkil olunacaq

Bakıda muğam musiqi axşamı təşkil olunacaq

Date: 2 December 2016 15:51

Dekabrın 8-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Muğam musiqisi axşamı” adlı konsert proqramı təşkil olunacaq.

Filarmoniyadan Axşam.az-a bildirilib ki, “Gənclərə dəstək” layihəsi çərçivəsində baş tutacaq konsert proqramı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Konsertdə “Muğam televiziya müsabiqəsi”nin qalibləri Ramiq Bayramov və Nigar Şabanova tərəfindən muğam və təsniflərimiz səsləndiriləcək. İfaçıları Xalq Artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin kiçik heyəti müşayiət edəcək.


Tags:  Bakıda muğam musiqi axşamı təşkil olunacaq

RƏYLƏR


Top news