Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib
16:02 2 Dekabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yüksələn ilk komanda müəyyənləşib. "Report"un məlumatına görə, bu, "Sumqayıt" klubudur.
"Gənclik şəhəri" təmsilçisi 1/8 finalda MOİK-i mübarizədən kənarlaşdırıb - 2:0. "Bayıl Arena"da keçirilmiş qarşılaşmada "Sumqayıt" hər iki qolu oyunun sonlarında vurub. 76-cı dəqiqədə Məhəmməd Qurbanov, bundan 6 dəqiqə sonra isə Amil Yunanov fərqlənib. Qonaqlar baş məşqçi Samir Abasovun cəzalı olması səbəbindən, görüşə məşqçi Seymur Rəhimovun rəhbərliyi altında çıxıblar.
Qeyd edək ki, "Sumqayıt"ın 1/4 finaldakı rəqibi dekabrın 3-də müəyyənləşəcək. "Qarabağ" - "Səbail" matçının rəqibi ilə görüş 11 (13) dekabrda və 20 (21) dekabrda olacaq.  

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/futbol-uzre-azerbaycan-kubokunda-ilk-1-4-finalci-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR