Azərbaycan XİN Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Rusiyanın yeni xarici siyasət konsepsiyasına daxil edilməsinə münasibət bildirib

Azərbaycan XİN Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Rusiyanın yeni xarici siyasət konsepsiyasına daxil edilməsinə münasibət bildirib
16:02 2 Dekabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ "Yeni xarici siyasət konsepsiyasında Rusiya Federasiyasi tərəfindən digər həmsədr ölkələrlə qarşılıqlı fəaliyyət şəraitində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin priorit vəzifələr sırasında müəyyən olunmasını alqışlayır və təqdiredirik".
"Report"un məlumatına görə, bunu Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, konsepsiyada münaqişənin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının 2009-2013-cü illərdə verdikləri bəyanatlarında ifadə olunan prinsiplərin əsas götürüldüyü qeyd olunub: "Qeyd etmək lazımdır ki, bu bəyanatlarda ATƏT-in Minsk qrupunun həmsədr ölkələri dövlət başçıları səviyyəsində xüsusilə mövcud status-kvonun qəbuledilməzliyi və qeyri-davamlı olduğunu vurğulayırlar".
H.Hacıyev deyib ki, Azərbaycan tərəfi prezidentlərin Sankt-Peterburq görüşündə aparılmış müzakirələrə uyğun olaraq, Rusiya və ATƏT Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli, qəbuledilməz və qeyri-davamlı olan mövcud status-kvonun tezliklə dəyişdirilməsi istiqamətində konstruktiv addımlarını davam etdirəcək.   

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-xi-n-dagliq-qarabag-munaqisesinin-helli-meselesinin-rusiyanin-yeni-xarici-siyaset-konsepsi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR