Bakı. 2 dekabr. REPORT.AZ/ İspaniya Vətəndaş Qvardiyası Barselona beynəlxalq hava limanında iki Çin vətəndaşından qanunsuz yolla daşınan 1 milyon avrodan çox vəsait müsadirə edib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, Vətəndaş Qvardiyasının əməkdaşlarının diqqətini çinlilərin baqajı çəkib. Onların baqajına baxış zamanı zibil torbalarında gizlədilmiş və bəyannamədə göstərilməyən nağd pul vəsaiti aşkar edilib. 27 və 28 yaşlı Çin vətəndaşları İspaniyadan Şanxaya uçmaq niyyətində olublar.
Çinlilər inzibati xəta törətməkdə şübhəli bilinirlər.