Neftin bir barelinin qiyməti yaxın vaxtlarda 70-90 dollar səviyyəyəsinədək yüksələcək. Bunu İranın milli neft naziri Bidjan Namdar Zanqane bildirib.
ANS PRESS-in RİA "Novosti"yə istinadla verdiyi məlumata görə, o deyib ki, neftin qiymətinin düşməsi ciddi narahatlıq yaradır. ABŞ-da respublikaçıların və demokratların arasında fikir ayrılıqları neftin qiymətlərində tərəddüdlərə gətirib çıxara bilər. Bununla əlaqədar fərz etmək olar ki, yaxın aylarda neftin qiyməti 70-90 dollara yüksələcək.
Nazir vurğulayıb ki, OPEK neft hasilatını azaltmaqla qiymətlərə təsir etmək gücünə sahibdir.