"Reuters"in neft bazarı ekspertləri arasında apardığı sorğunun nəticələrinə görə, OPEC-in noyabr hasilatı 34,19 mln. barel/günə çataraq rekord vurub. Hasilatın artmasında ən böyük pay Anqola, Nigeriya, Liviya və İraqda olub. Agentlik bidirir ki, əgər proqnozlar özünü doğruldarsa, bu dəfə OPEC-in nəzərdə tutduğu səviyyə olan 32,5 mln. barel/günə qədər hasilatın azaldılması üçün ixtisar 1,69 mln. barel/gün olmalıdır. Əks halda neft bazarında yenidən 500 min barelə yaxın əlavə təklif yaranacaq.
Agentlik OPEC-in 6 ay sonra keçirəcəyi iclasda bu məsələni müzakirə edəcəyi gözlənilir. Ekspertlərin fikrincə, növbəti iclasa qədər OPEC üzrə hasilatın daha çox artacağı istisna edilmir.