Məşhur model Alessandra Ambrosio, 30 noyabr tarixində Parisdə təşkil edilən "Victoria 's Secret" şousu sonrası sosial şəbəkə hesabında təşəkkür paylaşımı edib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, "Victoria 's Secretin" braziliyalı mələyi "Ən yaxşı" və "Paris" heşteqi ilə qısa müddətdə 120 mindən çox bəyənmə alan fotosuna "Bacardım. Təşəkkürlər" qeydini yazıb.

Məşhur modelin paylaşımı rekord qırdı - FOTO

Qeyd edək ki, Ledi Qaqanın qonaq olduğu şou dünən CBS TV-dən yayımlanıb.

Milli.Az