6,4 bal gücündə zəlzələ oldu

6,4 bal gücündə zəlzələ oldu
11:36 6 Yanvar 2015
150 Dünya
Ölkə mətbuatı
A- A+

Yanvarın 6-da Yeni Zelandiyada Rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ baş verib. Bu barədə Yeni Zelandiyanın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Cənub adasının mərkəzində yerləşən Metven şəhərciyindən 35 kilometr məsafədə, zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.

İlk təkandan dərhal sonra 3,2 və 4,2 bal gücündə növbəti təkanlar qeydə alınıb.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317965

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR