Müğənni Elton Hüseynəliyev küsülü olduğu xalq artisti Brilliant Dadaşovadan danışıb.
Lent.az-ın məlumatına görə, “Ondan sonra” verilişinə qonaq olan ifaçı B.Dadaşovanın ünvanına bu sözləri işlədib: "Brilliant Dadaşova bir çox insanları səhnədə gözlətdirir, onlara mikrofon vermir. Bizim aramızdakı qalmaqal da bu məsələyə görə yaranıb. Bir neçə gün əvvəl isə mənə duet oxumaq istədiyim insanlarla bağlı sual verdilər, cavablandırdım ki, arzum olub Brilliant Dadaşovayla duet oxuyum. Sonra eşitdim ki, ondan soruşanda deyib, "İstəyər də". Ona demək istəyirəm ki, bu istəyim illər əvvəl olub. İndi belə bir istəyim yoxdur. Çünki mən hər zaman düz danışıram. Onunla bağlı bu sözü çoxları demək istəyərdi, amma onun adına görə çəkinirlər. Eybi yox, mən deyib, pis olaram”.