Xəzər dənizində Rusiya, Azərbaycan və Qazaxıstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək

Xəzər dənizində Rusiya, Azərbaycan və Qazaxıstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək
11:42 6 Yanvar 2015
221 Sosial
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 11:36 ]

Bakı - APA. 2015-ci ildə Xəzər dənizində Rusiya, Azərbaycan və Qazaxıstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəisi, polkovnik İqor Qorbul bildirib ki, üçtərəfli təlimlər iyun-iyul aylarında dənizin orta hissəsində olacaq.

 

Təlimlərdə Rusiya, Azərbaycan və Qazaxıstan hərbi-dəniz qüvvələri iştirak edəcək.

 

Ayrıca olaraq Rusiya və Azərbaycan hərbi-dəniz qüvvələrinin ikitərəfli təlimləri də keçiriləcək.

 

Rusiya tərəfindən təlimlərdə “Buyan” və “Buyan-M” kiçik raket gəmiləri iştirak edəcək. Bu gəmilərin əsas vəzifəsi ölkənin iqtisadi zonasının mühafizəsidir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368123

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR