Ukraynada yol qəzasında 12 əsgər həlak oldu

Ukraynada yol qəzasında 12 əsgər həlak oldu
11:44 6 Yanvar 2015
138 Dünya
Ölkə mətbuatı
A- A+

22 nəfər isə yaralanıb

Ukraynanın cənubi-şərqində bazar ertəsi, yanvar ayının 5-də hərbi avtomobil “KrAz” və “Boqdan” avtobusu toqquşub. Lent.az-ın oxu.az-a istinadən məlumatına görə, qəza Ukrayna Milli qvardiyasının hərbçilərinin və könüllülərin rotasiyası zamanı, Donetsk vilayətinin Artemvsk ərazisində baş verib. Bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi də təsdiqləyib.

 

Milli qvardiyanın məlumatına görə, yol-nəqliyyat hadisəsində 12 nəfər həlak olub, 18 nəfər zərərçəkən var. Ukraynanın Donetsk vilayəti üzrə DİN Dİ-nin saytında qeyd olunub ki, ATƏ (antiterror əməliyyatları) zonasında baş verən qəzanın 12 nəfər qurbanı olub, 22 nəfər isə yaralanıb.

 

Zərərçəkənlər Artemvskdakı xəstəxanaya çatdırılıb, sonradan onların Xarkova və Ukraynanın digər tibb müəssisələrinə təxliyyəsi nəzərdə tutulub. Hromadske.tv telekanalının məlumatına görə, həlak olanlar arasında Kulçiski adına Milli qvardiyanın döyüşçüləri var. Bu xəbər rəsmi olaraq təsdiq edilməyib.

“Hadisə yerində hərbi prokurorluq, DAM (Dövlət Avtomobil Müfəttişliyi) işçiləri, Ukrayna DİN-in əməliyyat-istintaq qrupu və Ukrayna Milli qvardiyasının komandanlığından ibarət komissiya işləyir”, DİN-in məlumatında deyilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR