Ekvadorun paytaxtı Kito yaxınlığında sərnişin avtobusu qəza nəticəsində uçuruma düşüb.

Milli.Az xəbər verir ki, Trend bu barədə TASS-a istinadən məlumat verir.

Məlumata görə, 5 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Ekvador polisinin verdiyi məlumata görə, avtobus sürücüsü avtomagistralda idarəetməni itirib və avtobus 60 metr hündürlükdən uçuruma düşüb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər, hadisə araşdırılır.

Milli.Az