Rəqsanə qızına öyüd-nəsihət: “Səni 17-18 yaşında ərə verib, boşatdıracamsa...”

Rəqsanə qızına öyüd-nəsihət: “Səni 17-18 yaşında ərə verib, boşatdıracamsa...”
11:54 6 Yanvar 2015
461 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Rəqsanə İsmayılova mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, ifaçı tədbirdə 2015-ci ildə görəcəyi işlərdən danışıb. O bildirib ki, hazırda başı müəllifi olduğu verilişin çəkilişlərinə qarışıb: “Mən heç vaxt qudurmamışam, qudurmaram da. Mən elə buyam. Aparacağım verilişi hansısa kişinin pulu ilə reallaşdırmıram. Buna Allah şahiddir. Heç kimin puluna ehtiyacım yoxudur. Düzdür, həyatımda biri var, çox xoşbəxtəm. Bizim təqdim edəcəyimiz layihə sırf cəzaçəkmə müəssisələrində baş tutacaq. Artıq bir neçə çəkilişimiz olub. Bu gün heç kim sığortalanmayıb ki, ora düşməyəcək. Hər adamın başına gələ bilər”.

 

 

İfaçı onu da əlavə edib ki, Türkiyədə konsert verəcək: “Hazırda martın 8-də İstanbulda verəcəyim konsertə hazırlaşıram. Konsert qabağı Azərbaycanda və Türkiyədə anonslar yayımlanacaq. Konsert “Qadın zorakılığına yox deyək” adı altında baş tutacaq. Hətta həmin gecəyə Türkiyənin bir neçə tanınmış müğənnisini də dəvət etməyi düşünürük. Türkiyədən qayıtdıqdan sonra həmin proqramla paytaxtımızda konsert verəcəm. Daha sonra 2 klipimi mediaya təqdim edəcəyəm”.

 

 

R.İsmayılova daha sonra deyib ki, Azərbaycan müğənnilərindən heç biri Türkiyə şou-biznesində qəbul olunmayacaq: “Kim nə deyir, desin. Bizim müğənnilər Türkiyənin şou-biznesinə qatıla bilməyəcək. Bu, mümkün deyil. Onlar bizi qəbul etmirlər. Mən orada olan zaman Ajda Pekkan və Tarkanla işləyən adamları gördüm. Hərəsi də əlində bir planla gəlib əyləşirlər qarşında. Ortada da heç nə yox. Onlar sadəcə bizi qaz kimi yolurlar. Türkiyədə heç bir sənətçimiz pul qazana bilməz. Mən Azəri Güneli çox istəyirəm. Amma orda yazıq qızı qoymurlar ki, qanad açıb, iş görsün. Ona o qədər də imkanlar vermirlər. Hətta efirə çıxanda ona ilişirlər. Seda Sayanın proqramında söz atmışdılar. Elə xalq artistlərimiz var ki, orda efirə çıxırlar, biabır olurlar. Ağızlarından gələni həmin xalq artistinə deyirlər, onlar da biabır olub, Azərbaycana qayıdırlar. Amma oradan bir müğənni Azərbaycana gələn zaman bilmirik ki, nə edək. Əl-ayağa düşürük. Türkiyədən bir müğənni gələndə konsertinə qaçaq-qaça gedirik. Amma yeri sənətçilərin konsertinə gedən yoxdur”.

 

 

R.İsmayılova bu yaxınlarda doğum gününü qeyd edən qızına da öyüd-nəsihət verib: “Sizin yanınızda qızıma ürək sözlərimi deyim. Çünki onun doğum günündə Bakıda olmayacam. Qızıma bir sürprizim var. Amma onun hələ də xəbəri yoxdur. Ona deyirəm ki, ağıllı olsun, hər zaman mənim sözümü eşitsin. O, 18 yaşına keçib, mən hələ də onu döyürəm. Həqiqi sözümdür. Bu həyatda çəkdiyim əziyyətlər qızlarım üçündür. İnşallah, karyeranı qur, Allahın köməyi ilə 25 yaşında icazə verəcəm ki, ərə gedəsən. Çünki bir xanım üçün ailə əsasdır. Mən səni 17-18 yaşında ərə verib, daha sonra boşatdırıb, yanımda oturdacamsa, bu mənə lazım deyil. Hər zaman Aysuna demişəm ki, qızım qadına yaşa dolduqca ər lazım olur”.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189506

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR