Model Gigi Hadid xəstəliyi ilə əlaqədar günü-gündən arıqlayır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə o, özü açıqlama verib. Qalxanvarı vəzisində iki ildən çoxdur ki, "Xaşimoto" xəstəliyi olan Gigi bununla əlaqədar dərmanlar atdığını bildirib.

"Bu xroniki xəstəlikdir. Artıq iki ildir müalicə alıram. "Victoria's Secret" dəb şousuna qədər arıqlamaq istəmirdim, amma özümdən asılı olmadı. İndi də çalışıram ki, bədənimin lazımlı hissələrində əzələlərimi möhkəmləndirim", - deyə Hadid vurğulayıb.

Gigi Hadid iki ildir xəstəliyi ilə mübarizə aparır

Gigi Hadid iki ildir xəstəliyi ilə mübarizə aparır