1999-cu ildə "Victoria's Secret Fashion Show"da podiuma çıxandan sonra ulduz kimi parlayan və dünyaca məşhurlaşan braziliyalı supermodel Adriana Lima indi də moda aləminin canlı ikonalarından biri sayılır.
Milli.Az TMZ-yə istinadən bildirir ki, iki övlad anası, Adriana Lima dünən Nyu-Yorkda "Corkcicle" şirkətinin yeni "Sword & Sound at Shop Studios"unun açılış mərasiminə qatılmışdı.
A.Lima "Prabal Gurung" brendinin məhsulu olan dərin dekolteli, dəri don geyinmişdi.
35 yaşlı Adriana "Victoria's Secret" brendinin ən çox qazanan "mələyi" sayılır. Bu ilin əvvəlindən bəri onun xalis gəliri 75 milyon dollar təşkil edib.
Milli.Az





















