Binəqədi rayonunun kollektivi Heydər Əliyev Mərkəzində olub - FOTO

Binəqədi rayonunun kollektivi Heydər Əliyev Mərkəzində olub - FOTO
15:12 10 Dekabr 2016
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) , YAP Binəqədi rayon təşkilatının və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində ekskursiya təşkil edilib.

Binəqədi RİH-dən Trend-ə verilən məlumata görə, ekskursiyada İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov, Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, partiyanın aktivləri, rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri və Naxçıvan şəhərinə səfər etmiş məktəblilər iştirak ediblər.

Ekskursiya çərçivəsində iştirakçılara mərkəz tərəfindən ətraflı məlumat verilib və onlar Heydər Əliyev Mərkəzini və burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət edib, zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, ulu öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.

Ekskursiyanın sonunda xatirə fotosu çəkdirilib.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/497720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR