Hava şəraitinin kəskin pisləşdiyi Türkiyədə uçuşların təxirə salınması Azərbaycana təsir etməyib

12:07 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 11:59 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. “Türkiyə Hava Yolları” (THY) aviaşirkəti ölkədə kəskin pisləşən hava şəraiti ilə əlaqədar olaraq bəzi ölkədaxili və xarici ölkələrə uçuşları təxirə salıb.

 

APA-Economics” THY-nin yaydığı məlumata istinadən xəbər verir ki, daxili xəttdə Atatürk və Sabiha Gökçen hava limanlarından ümumilikdə 39 istiqamətə uçuşlar ləğv edilib. Xarici istiqamətlər üzrə isə Atatürk Hava Limanından Skopye (Makedoniya) və Budapeşt (Macarıstan), habelə Cenevrə-İstanbul reysi təxirə salınıb.

 

Həmçinin hava şəraiti ilə əlaqədar olaraq İzmirdən də uçuşların yerinə yetirilməsi bir müddətlik təxirə salınıb. Belə ki, İstanbulda şiddətli qar yağdığı üçün İzmirin Adnan Menderes Hava Limanından İstanbula 7 reysin uçuşu ləğv edilib.

 

Heydər Əliyev Hava Limanından “APA-Economics”ə verilən məlumata görə, hazırda Türkiyə istiqamətində uçuşlar normal qaydada yerinə yetirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368129

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR