Magistraturaya qəbul imtahanlarının məzmununda bəzi dəyişikliklər edilib

12:12 6 Yanvar 2015
219 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 12:08 ]


Bakı. Könül Kamilqızı – APA. Bu il Azərbaycanda ali məktəblərin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarının məzmununda bəzi dəyişikliklər edib. APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Əliyev deyib ki, ötən ilin iyun ayında “İnformatika” üzrə imtahanın məzmununda olan dəyişiklik artıq elan edilib və bu ildən həmin dəyişikliklər tətbiq olunacaq. O bildirib ki, bu ildən “İnformatika” üzrə qəbul imtahanlarında “Windows” əməliyyat sisteminin 7-ci versiyası və “Office” proqramlarının 2013-cü il versiyası üzrə qəbul aparılacaq: “Bu, informatika üzrə builki imtahanın məzmununda olan dəyişikliklərdir. Hələ iyun ayından TQDK-nın saytında yerləşdirilib və həmin proqram “Magistr” jurnalının 1-ci sayında çap edilib”.


N. Əliyev qeyd edib ki, tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman fransız və ya rus dilini, tədrisi rus dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman və ya fransız dilini, tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyənlər isə xarici dil kimi yalnız ingilis dilini seçməlidirlər. Onun sözlərinə görə, filologiya ixtisasını Azərbaycan dili və Azərbaycan ədəbiyyatı, habelə tarix ixtisasının tədrisi, Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyənlər xarici dil kimi ərəb və ya fars dilini də seçə bilərlər. Şöbə müdiri filologiya, dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyənlərin ixtisaslaşma dilini xarici dil kimi seçə bilməyəcəklərini də açıqlayıb.

N. Əliyev deyib ki, ümumilikdə magistraturaya keçən ilki qəbul qaydaları olduğu kimi qalıb və bu il hər hansı dəyişiklik yoxdur: “Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə və proqram seçiminə buraxılırlar, ikinci mərhələnin nəticələri elan olunduqdan sonra nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ixtisas seçiminə buraxılırlar və seçdikləri ixtisaslaşma siyahısına əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə qəbul olunurlar”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368131

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR