Bakıda ticarət obyektlərində oğurluq edən şəxslər tutuldular

Bakıda ticarət obyektlərində oğurluq edən şəxslər tutuldular
12:17 6 Yanvar 2015
152 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda ticarət obyektlərində vətəndaşların telefonlarını oğurlayan gənclər tutulublar
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, 1995-ci il təvəllüdlü Allahqulu Mehdiyev tutulub.

O, dekabrın 21-də gecə saatlarında Azadlıq prospektində yerləşən ticarət mərkəzlərindən birində Kamran Mehrəliyə məxsus mobil telefonu masanın üzərindən gizli şəraitdə oğurlamaqda şübhəli bilinir. Saxlanılarkən şübhəli şəxsin üzərindən 1,946 qram tiryək aşkar olunaraq götürülüb.

Elə həmin bölmənin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Vüsal Dadaşov tutulub. O, yanvarın 4-də Tolstoy küçəsində yerləşən mağazalardan birində Bakı şəhər sakini Aysel Gəraybəyliyə məxsus mobil telefonu masanın üzərindən gizli şəraitdə oğurlamaqda şübhəli bilinir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/317491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR