Rusiya dünyanı dəyişə bilər

Rusiya dünyanı dəyişə bilər
12:21 6 Yanvar 2015
167 Dünya
Ölkə mətbuatı
A- A+

Neftin qiymətinin uzunmüddətli aşağı düşməsindən ilk növbədə İran və Venesuela zərər çəkəcək.

ANS PRESS-in məlumatına görə, Beynəlxalq Valyuta Fondunun (BVF) və "Fitch Ratings" agentliyinin qiymətləndirməsinə görə, bu ölkələrin büdcə xərcləri müvafiq olaraq bir barelə görə 130,7 və 117,5 dollar müəyyənləşdirilib. Rusiyada isə 2015-ci il dövlət büdcəsində neftin qiyməti bir barel üçün son hədd 98 ABŞ dolları nəzərdə tutulub.

Watchdog.org portalının yazdığı kimi, İran qapalı dövlət olduğu üçün iqtisadiyyatda neft ixracının dəqiq payı qiymətləndirmə aparmağa icazə vermir. Məlumdur ki, ötən il dekabrın 1-dən ölkədə çörək 30% bahalaşdı. Amma prezident Həsən Ruhani "ehtiyatlı sərt büdcə" paketi təqdim etdi.

"Eurasia Group"un prezidenti Yan Bremmer bildirib ki, zəif neft şəraiti Rusiyanın və Çinin yaxınlaşmasını ön plana çəkə bilər: "Neftin qiymətinin kəskin düşməsi və Qərbin sanksiyaları ilə üzləşən Rusiya prezidenti Vladimir Putin Çinlə daha sıx yaxınlaşmaya gedə bilər. Koreya Xalq Respublikası ilə Rusiya Federasiyasının strateji yaxınlaşması dünyada uzunmüddətli kardinal dəyişikliyə səbəb ola bilər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317968

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR