Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 20 yanvar faciəsinin ildönümünün keçirilməsi haqqında tədbirlər planını təsdiqləyib

12:22 6 Yanvar 2015
125 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 12:20 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov 20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi haqqında tədbirlər planını təsdiqləyib.

 

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, sənəddə rabitəçi şəhid ailələrinə yardımların edilməsi, “Rabitə dünyası” qəzetində və rabitə müəssisələrinin elan tablosunda rabitəçi şəhidlər haqqında geniş məlumatın verilməsi, eləcə də qurumda şəhidlər haqqında guşənin yaradılması nəzərdə tutulur.

 

Bunlarla yanaşı, matəm günü ilə əlaqədar rabitə müəssisələrində yığıncaqlar keçiriləcək, yanvarın 20-də RYTN və rabitə müəssisələri işçiləri Şəhidlər Xiyabanını ziyarət edəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368134

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR