TQDK AMEA institutlarının magistratura pilləsinə qəbul imtahanı keçirilməsi ilə bağlı təklifə münasibət bildirib

12:32 6 Yanvar 2015
238 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 12:27 ]


Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Mili Elmlər Akademiyası (AMEA) institutlarının magistratura pilləsinə qəbul imtahanının keçirilməsi ilə bağlı təklifə münasibət bildirib.

 

APA-nın xəbərinə görə, TQDK-nın şöbə müdiri Natiq Əliyev bu gün keçirilən mətbuat konfransında deyib ki, AMEA tərəfindən institutlarda magistratura pilləsinə qəbul aparılması ilə bağlı təşəbbüs irəli sürülüb.

 

Onun sözlərinə görə, bu məsələ ilə bağlı daim informasiya mübadiləsi aparılır. Akademiya tərəfindən müraciətlər artıq müvafiq icra hakimiyyəti orqanlarına göndərilib: “Bu sahədə iş görülür. Amma imtahanların bu il keçiriləcəyi və ya keçirilməyəcəyi barədə dəqiq məlumat yoxdur. Çünki hazırda bu məsələ üzərində iş aparılır. Əgər işlər fevralın sonuna kimi yekunlaşsa, bu il AMEA-nın magistratura pilləsinə qəbul aparmaq mümkün olacaq. Lakin işlər geciksə, magistraturaya qəbul imtahanı gələn il həyata keçiriləcək”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368136

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR