Model İrina Şeykin övladı gələn ilin mayın sonunda, iyunun əvvəlində dünyaya gələcək.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, model “Victoria`s Secret”-in dəfiləsindən sonra Kaliforniyaya aktyor Bredli Kuperin evinə köçüb və orada yaşayır.

41 yaşlı Kuper isə rusiyalı modeli tək qoymur, daim nəzarət altında saxlayır. Bundan başqa, aktyorun işləri olduqda sevgilisini anasına etibar edir. İrina onun anası Qloriya ilə yaxşı yola gedir.

Aktyora yaxın mənbə bildirib ki, Bredli və İrinanın münasibətləri çox yaxşıdır və onlar bir-birini həqiqətən sevir. Onlar artıq övladlarının cinsiyyətini də bilirlər, lakin bunu gizli saxlayırlar.

Mənbə onu da qeyd edib ki, Kuper qız övladının dünyaya gəlməsini istəyir. O, hətta, övladı üçün ad da fikirləşib. Belə ki, oğlan olarsa, adını Çarlz, qız olarsa, Çarli qoyacaq.

Qeyd edək ki, cütlük ötən ilin may ayından görüşür.

İrina Şeykin övladının cinsiyyəti bəlli oldu