Daha bir erməni ağ yalanı

Daha bir erməni ağ yalanı
12:41 6 Yanvar 2015
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə Nazirliyi Ermənistan tərəfinin cəbhə xətti ilə bağlı yaydığı məlumata münasibət bildirib.

Müdafiə Nazirliyi ANS PRESS-in sorğusuna cavab olaraq bildirib ki, erməni mətbuatının cəbhədəki atəşkəs rejiminin pozulması zamanı Azərbaycan Silahlı Qüvvələrinin guya üç hərbi qulluqçusunun, o cümlədən Eldar Məmmədov adlı “unter zabitin” öldürülməsi barədə məlumatlar dezinformasiya xarakteri daşıyır.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan məlumata görə, guya Azərbaycan tərəfi yanvarın 5-dən 6-na keçən gecə atəşkəs rejimini 320 dəfə puzub. Erməni tərəfinin iddiasına görə, Azərbaycan Ordusu müxtəlif kalibrli silahlardan, həmçinin 60mm və 82mm və RPQ-7 tipli minaatanlardan erməni mövqelərinə 4500-dən çox atəş açıblar.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=317981

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR