Neftlə bağlı şad xəbər

Neftlə bağlı şad xəbər
12:52 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

İran: "Yaxın aylarda neftin qiyməti 70-90 dollara yüksələcək"
"Neftin bir barelinin qiyməti yaxın vaxtlarda 70-90 dollar səviyyəyəsinədək yüksələcək". Bunu İranın milli neft naziri Bidjan Namdar Zanqane bildirib.

Anspress-in RİA Novosti-yə istinadla verdiyi məlumata görə, o deyib ki, neftin qiymətinin düşməsi ciddi narahatlıq yaradır. ABŞ-da respublikaçıların və demokratların arasında fikir ayrılıqları neftin qiymətlərində tərəddüdlərə gətirib çıxara bilər. Bununla əlaqədar fərz etmək olar ki, yaxın aylarda neftin qiyməti 70-90 dollara yüksələcək.

Nazir vurğulayıb ki, OPEK neft hasilatını azaltmaqla qiymətlərə təsir etmək gücünə sahibdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/317500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR