Azərbaycanda hava kəskin dəyişəcək, qar yağacaq

Azərbaycanda hava kəskin dəyişəcək, qar yağacaq
12:58 6 Yanvar 2015
187 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İlkin İzzət/

Sabah Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Porqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, yanvarın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Axşam havanın kəskin dəyişəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, temperaturun 1-3 dərəcə isti olacağı gözlənilir.

G.Məmmədova qeyd edib ki, Azərbaycanın rayonlarında gecə və səhər duman və çiskin müşahidə olunacaq. Günün ikinci yarısında qərb rayonlarından başlayaraq, havanın yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Günün ikinci yarısında güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti olacaq. Dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10, axşam 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2350190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR