Ümid Astanaya qaldı

Ümid Astanaya qaldı
13:01 6 Yanvar 2015
165 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın, Rusiyanın, Fransanın və Almaniyanın xarici işlər nazirləri yanvarın 9-da Astanada görüşəcəklər. Bunu Ukraynanın "Normandiya formatı"nda keçirilən danışıqlardakı nümayəndə heyətinin rəhbəri Ukrayna Xarici İşlər Nazirliyinin şöbə müdiri Oleksiy Makeyev bildirib.

ANS PRESS-in məlumatına görə o, yanvarın 5-də gecə Berlin görüşündən sonra Tvitter səhifəsində yazıb: "Astana görüşündə "ümumi razılaşma"nın əldə olunması mümkündür."

O.Makeyev Ukrayna televiziyasına müsahibəsində söyləyib ki, Kiyevdə Ukrayna, Rusiya, ATƏT, eləcə də Ukraynanın şərqi Donetsk və Luqansk regionlarından təmsilçilərin iştirakı ilə görüş keçirilə bilər.

Xatırladaq ki, Donetsk və Luqansk hazırda rusiyayönlü separatçıların nəzarətindədir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317977

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR