Türkiyə futbolunda onlar ağalıq edəcək

Türkiyə futbolunda onlar ağalıq edəcək
13:05 6 Yanvar 2015
200 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Futbol Federasiyası növbəti mövsümdən etibarən legioner limitini aradan qaldırmağı qərara alıb. 2015/16 mövsümündən matçın iştirak ərizəsinə 14 yerli və 14 əcnəbi olmaqla 28 oyunçu daxil edilə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, meydana start heyətində 11 əcnəbi futbolçunun çıxmasına da icazə veriləcək. İştirak ərizəsinə ən azı 7 türk futbolçu daxil edilməlidir. Onlardan biri mütləq klubun öz yetirməsi olmalıdır.
 
Qeyd edək ki, hazırkı legioner limiti "5+3" sxeminə əsaslanır. Limitin aradan qaldırılmasına səbəb son vaxtlar yerli gənc futbolçuların qiymətinin süni şəkildə şişirdilməsidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR