Xoşqədəmin verilişində bayrağımıza hörmətsizlik - FOTO

Xoşqədəmin verilişində bayrağımıza hörmətsizlik - FOTO
13:05 6 Yanvar 2015
239 Sosial
Ölkə mətbuatı
A- A+

ATV telekanalında yayımlanan, tanınmış jurnalist Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişinin sonuncu buraxılışında efirə gedən bir kadr tamaşaçıların diqqətindən yayınmayıb. Belə ki, verilişin Qazaxıstanda aparılan çəkilişlərində Azərbaycan bayrağı tərsinə asılıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bayrağımızın tərsinə qoyulması hörmətsizlik və bayrağa qarşı təhqir hesab edilir.
Bu cür hallar müxtəlif verilişlərdə, filmlərdə, tədbirlərdə dəfələrlə təkrarlanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317509.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR