İordaniya şahzadəsi FİFA prezidenti vəzifəsinə namizədliyini verəcəyini açıqlayıb

13:07 6 Yanvar 2015
250 İdman
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 13:05 ]

Bakı – APA. FİFA prezidenti Yozef Blatterə yeni rəqib tapılıb. Apasport.az saytının məlumatına görə, İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn ali futbol qurumunun prezidenti olmaq niyyətindədir.

Asiyalı artıq namizədliyini irəli sürəcəyini də açıqlayıb: “FİFA prezidentliyinə namizəd olmağı qərara almışam. Mən bu qərarı verməzdən öncə həmkarlarımla uzun-uzadı müzakirə aparmışam”.

 

Qeyd edək ki, FİFA prezidentliyinə növbəti seçki mayda keçiriləcək. Hazırda FİFA-nın vitse-prezidenti vəzifəsini icra edən Əli ibn Əl-Hüseynlə yanaşı, prezident Yozef Blatter və sabiq baş katib Jerom Şampan da bu posta namizəddirlər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368145

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR