Azərbaycanda hava kəskin dəyişəcək

Azərbaycanda hava kəskin dəyişəcək
13:16 6 Yanvar 2015
150 Digər
Ölkə mətbuatı
A- A+

Sabahdan etibarən hava kəskin dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Temperatur gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Axşam havanın kəskin dəyişəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, temperaturun 1-3 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda gecə və səhər duman və çiskin olacaq. Günün ikinci yarısında qərb rayonlarından başlayaraq, havanın yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Günün ikinci yarısında güclü şimal-qərb küləyi əsəcək.

Temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10, axşam 0-3 dərəcə şaxta olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=317985

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR