Daxili İşlər Nazirliyi Bak;da futbol hakiminin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Yanvarın 5-də saat 11 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakinləri İxtiyar Həsənovun və Xəlil Hüseynlinin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşmuşdur. X.Hüseynli hadisə yerində ölüb, İ.Həsənov isə xəstəxanaya yerləşdirilib
Faktla bağlı araşdırma aparılır.