Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Səba Ağayeva/
Polşanın Azərbaycana yeni təyin olunmuş səfiri Marek Salka Bakıya fevralın ikinci yarısında gələcək. Bu barədə çərşənbə axşamı Trend-ə Polşanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Salka bu vəzifədə səlahiyyət müddəti ötən ilin avqustunda başa çatmış Mixail Labendanı əvəz edəcək.
Bundan əvvəl Salka Polşanın Cənubi Koreyada səfiri, Polşa XİN-in Şərq departamentinin direktoru olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az