Müğənni Kənan Doğulu və aktrisa xanımı Beren Saat Etiler istiqamətində görüntüləniblər.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, kameralara tuş gələn Berenin xarici görünüşündəki dəyişiklik gözdən yayınmayıb.

Uzun müddətdir ki, ana olmaq üçün müalicə alan Saatın hamilə olduğu iddia edilir. Bəzi mənbələr isə onun müalicələrdən sonra kökəldiyini qeyd edir.

Qeyd edək ki, ötən gün məşhur cütlük restorandan çıxıb avtomobillərinə gedərkən iki silahlı dəstənin bir-birlərinə silah tutmaları onları qorxuya salıb. Mühafizəçilər dərhal Kənan və Bereni restorana salıblar.

Psixoloji sarsıntı keçirən B.Saat çətinliklə sakitləşdirilib.

Beren Saat hamilədir, yoxsa... - foto