Azərbaycanın Uruqvaydakı səfirliyi bu ölkə xarici işlər nazirinə istinadən yayılan xəbərləri araşdıracaq

14:27 6 Yanvar 2015
174 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 14:24 ]

Bakı – APA. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Uruqvay xarici işlər nazirinin Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması çağırışı ilə çıxış etməsinə dair yayılan xəbərlərə münasibət bildirib.

APA-nın xəbərinə görə, H. Hacıyev bildirib ki, Azərbaycan XİN-in təlimatı əsasında Azərbaycanın Uruqvaydakı diplomatik missiyası bu məsələni Uruqvay Xarici İşlər Nazirliyi ilə araşdıracaq: “Bir çox hallarda “asbarez.com” kimi erməni kütləvi informasiya vasitələrində bu tip xəbərlər təhrif olunur, xüsusilə də ümumi kontekstdən çıxarılmış formada təqdim edilir. Uruqvay Şərq Respublikasının vitse-prezidenti və Senatının sədri Danilo Astorinin bu yaxınlarda Ermənistanda səfərdə olarkən söylədiyi fikirləri də təhrif olunmuşdu. Danilo Astorinin söylədiyi iddia olunan fikirləri aydınlaşdırarkən Uruqvay Xarici İşlər Nazirliyi həmin şəxsin özünə istinadən bəyan etdi ki, bu məlumat həqiqətə uyğun deyil, onun tərəfindən belə fikirlər səsləndirilməyib və Uruqvayın rəsmi mövqeyi münaqişə tərəflərinin maraqlarını nəzərə alaraq, münaqişənin dialoq, danışıqlar və sülh yolu ilə həllini dəstəkləməkdən ibarətdir”.

 

Qeyd edək ki, Ermənistan mediasından yayılan xəbərlərə əsasən Uruqvay xarici işlər naziri Luis Almaqro beynəlxalq birliyi Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağa çağırıb.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368156

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR