"Cinemaya ADDIM-la" layihəsinin növbəti qonağı xalq artisti Brilliant Dadaşova olub.
Milli.Az-ın məlumatına görə, müğənni sevənləri ilə birlikdə rejissorluğunu Timur Bekmamedovun etdiyi "Şam ağacları 5" filmini izləyib.
Tədbirin təşkilatçısı Hüseyn Cavadzadə B.Dadaşovanın gənclərin istəyi ilə layihəyə dəvət olunduğunu deyib. O bildirib ki, B.Dadaşova təşkilatın əksər sosial layihələrində tərəfdaş kimi çıxış edib.
Milli.Az








