“Yaxın günlərdə yeni albom təqdim olunacaq. Yeni kitabım ərsəyə gəlir. Yaradıcılıq işlərimi dayandırmamışam. Konsert də planlaşdırıram".

Axşam.az-ın məlumatına görə, bu sözləri reper Anar Nağılbaz "ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişinə açıqlamasında deyib.

"Hüseyn Dərya repi özü ilə bərabər apardı" kimi fikirlərə ifaçı belə münasibət bildirib:

“Elşad Xose, rəhmətlik Hüseyn Dərya, hər birimiz üçün o dövr aktiv idi. Festivallar keçirilirdi, televiziya verilişləri vardı, fəaliyyət çox yüksək səviyyədə qiymətləndirilirdi. Sözsüz ki, Hüseyn bu sahədə qabaqcıl addım atmışdı".

A.Nağılbaz xalq artisti Brilliant Dadaşova ilə duet oxumaq istədiyini bildirib:

“Brilliant Dadaşova işbirliyimizi davam etdirmək yönündə ideyalarım var. Məryəm Əlibəyli ilə də duetim olacaq. Hətta mahnını birlikdə yazmışıq və “Damcı” adlanır”.

Reperin övladları bu sənətə maraq göstərsə də, sənətçi onların ifaçı olmasını arzulamadığını söyləyib:

"Mən istəməzdim ki, onlar da mənim kimi bu yolda saç-saqqal ağartsınlar, sənət kimi seçsinlər. Mən də bu sahəyə gələndə repi bir sənət kimi yox, hobbi kimi qəbul edirdim. Mənim sahəm rejissorluqdur. Ancaq əgər onların marağı varsa, niyə də olmasın”.