Aktrisa Ancelina Coli ABŞ-ı tərk etmək fikrindədir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, daha əvvəl aktyor Bred Pitlə boşandıqdan sonra Londonda yaşayacağını bildirən aktrisa fikrini dəyişib. O, Kambocada, Afrika cəngəlliklərində yerləşən gizli malikanəsinə getmək istədiyini söyləyib.

Kambocadakı malikanəsinin onun üçün özəl olduğunu söyləyən 42 yaşlı aktrisa, "ora mənim üçün Bredlə heç bir əlaqəsi olmayan yeganə yerdir", - deyə bildirib.