Prezident orden verdi

Prezident orden verdi
14:41 6 Yanvar 2015
163 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Abid Şərifova “Şöhrət” ordeni verib.

ANS PRESS-in məlumatına görə, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alınır:

"Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Abid Qoca oğlu Şərifov “Şöhrət” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Abid Şərəfov Azərbaycan Respublikası baş nazirinin müavinidir. Şərifov Abid Qoca oğlu 6 yanvar 1940-cı ildə Şəkidə anadan olub. 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Bakı Baş Tikinti İdarəsində başlayaraq tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi, 1972-ci ildən 23 saylı tikinti idarəsinin rəisi işləyib.

Azərbaycan SSR Nazirlər Sovetinin əsaslı tikinti şöbəsində böyük referent, "Azərnəqliyyattikinti" trestinin rəisi, sonra 1988-ci ildən "Azərnəqliyyatyoltikinti" layihə-sənaye tikinti birliyinin rəisi, 1991-ci ildən Türkiyə Respublikasının Çerkesköy-Kapıkulu şəhərləri arasında dəmir yolunu elektrikləşdirən tikinti idarəsi rəisinin müavini, 1993-cü ildən "Azərnəqliyyatyoltikinti" layihə-sənaye tikinti Birliyinin bazasında yaradılan eyniadlı Dövlət Şirkətinin prezidenti vəzifələrində işləyib.

Abid Şərifov 1995-cü ilin noyabr ayından Azərbaycan Respublikası baş nazirinin müavinidir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=318004

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR