Azərbaycanda ad və soyadlarını dəyişdirənlər

Azərbaycanda ad və soyadlarını dəyişdirənlər
14:46 6 Yanvar 2015
139 Digər
Ölkə mətbuatı
A- A+

2014-cü ildə qeydiyyat orqanlarına adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı 3046 müraciət daxil olub.

Ədliyyə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, müraciətlərin hamısı təmin edilib.

Nazirlikdən bildirilib ki, müraciətlərdə vətəndaşlar tərəfindən əsasən pis səslənən, çətin tələffüz edilən, milliyyətə, cinsə uyğun gəlməyən, pis məna verən, gülünc və sair adların dəyişdirilməsi səbəb kimi göstərilib.

Qeyd edək ki, vətəndaşlar daha çox populyar adlara üstünlük veriblər. Azərbaycanda son beş il ərzində ən populyar adlar isə Yusif və Zəhra adlarıdır. İlk üçlükdə isə qızlar arasında Nuray (11170), Fatimə (9870), Ayan (6372), oğalnlar arasında isə Əli (9581), Hüseyn (9299), Məhəmməd (6182) liderlik edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=317997

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR