Aktyor Ceymi Foks və aktrisa Keti Holms münasibətlərini mediadan gizlətməyə davam edirlər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük bu yaxınlarda Meksikaya yollanıb. Onlar orada Ketinin doğum gününü qeyd ediblər. Bu gün isə tanınmış ikilinin orada evləndiyi ortaya çıxıb.

Sahildə baş tutan mərasimdə Keti və Ceymi sədaqət andı içiblər. Ketinin keçmiş əri aktyor Tom Kruz da onu təbrik edib. K.Holms və T.Kruzun ızı Suri toydan bəzi fotoları atasında göndərib.

Aktrisa toydan sonra Los-Ancelesə qayıdacaq. Onlar toylarını qeyd etmək üçün kiçik parti təşkil edəcəklər. Toyda Leonarda DiKaprio, Cey Zi və Beyons, Mişel Uilyams, Coşua Cekson və digərləri olacaq.

Milli.Az