XİN: "Bir çox hallarda Ermənistan kütləvi informasiya vasitələrində xəbərlər təhrif olunur"

XİN: "Bir çox hallarda Ermənistan kütləvi informasiya vasitələrində xəbərlər təhrif olunur"
14:57 6 Yanvar 2015
124 Digər
Ölkə mətbuatı
A- A+

“Bir çox hallarda Ermənistan kütləvi informasiya vasitələrində xəbərlər təhrif olunur, xüsusilə də ümumi kontekstdən çıxarılmış formada təqdim edilir”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Uruqvay xarici işlər naziri Luis Almagronun Dağlıq Qarabağın "müstəqiliyinin" tanınmasına çağırış etməsi barədə Ermənistan mətbuatının yaydığı məlumata münasibət bildirərkən deyib.

H.Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Uruqvaydakı diplomatik missiyası bu məsələni Uruqvay XİN-lə araşdıracaq: “Bir çox hallarda ”Asbarez” kimi erməni kütləvi informasiya vasitələrində belə xəbərlər təhrif olunur, xüsusilə də ümumi kontekstdən çıxarılmış formada təqdim edilir. Xatırladaq ki, Uruqvay Şərq Respublikasının vitse-prezidenti və Senatının sədri Danilo Astorinin bu yaxınlarda Ermənistanda səfərdə olarkən söylədiyi fikirləri də təhrif olunmuşdu”.
 
XİN rəsmisi əlavə edib ki, Danilo Astorinin söylədiyi iddia olunan fikirləri aydınlaşdırarkən Uruqvay Xarici İşlər Nazirliyi həmin şəxsin özünə istinadən bildirib ki, bu məlumat həqiqətəuyğun deyil, onun tərəfindən belə fikirlər səsləndirilməyib və Uruqvayın rəsmi mövqeyi münaqişə tərəflərinin maraqlarını nəzərə alaraq, münaqişənin dialoq, danışıqlar və sülh yolu ilə həllini dəstəkləməkdən ibarətdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/317542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR