Bakıda böyük mərasim olacaq (VİDEO, FOTO)

Bakıda böyük mərasim olacaq (VİDEO, FOTO)
15:01 6 Yanvar 2015
158 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gündən başlayaraq dünya provaslavları, o cümlədən Azərbaycanda yaşayan yerli və əcnəbi provaslavlar xristianlığın ən önəmli bayramlarından olan Milad bayramını qeyd edirlər. Bəs tolerant ölkə olan Azərbaycanda katoliklər bayramı necə qeyd edəcəklər? Bunu öyrənmək üçün Nəsimi rayonunda yerləşən “Müqəddəs Məryəm – mövlud” pravoslav kilsəsində olduq.

Öyrəndik ki, bayram münasibətilə bu gün axşam saat 22:00-dan etibarən “Müqəddəs Məryəm – mövlud” pravoslav kilsəsində bayram keçiriləcək. Hər il olduğu kimi bu il də Milad bayramı xüsusi təntənə ilə təşkil olunub.

Bayrama xüsusi hazırlıq görülüb. Dadlı yeməklər bişirilib. Dini ayinlərin keçiriliməsi üçün xüsusi hazırlıq işləri görülüb.
Kilsənin keşişi bildirib ki, bayram şənliyi bu gecədən başlayacaq və yanvarın 7-nə qədər davam edəcək.

“Biz bütün provaslavları bu gün axşam “Müqəddəs Məryəm – mövlud” pravoslav kilsəsinə dəvət edirik. Hamı mahnı ifa edərək İsa peyğəmbərin doğulduğunu elan edəcək. İbadət öncə yerli provaslavlar üçün rus dilində, gecə yarısı isə ingilis dilində səslənəcək”, - deyə kilsədən bildirilib.

Sonda kilsə rəhbərliyi Azərbaycan dövlətinə və prezidentə onlar üçün yaradılan şəraitə görə dərin minnətdarlığını bildirib: “Bilirik ki, Azərbaycan tolerant dövlətdir. Burada bütün xalqların nümayəndələri dinindən və irqindən asılı olmayaraq rahat yaşaya bilir. Bu gün katoliklər üçün də gözəl şərait yaradılıb. Biz rahat şəkildə ibadət edə bilirik. Bu səbəbdən ölkə prezidenti İlham Əliyevə minnətdarıq”.

Qeyd edək ki, Bazilika formasında olan “Müqəddəs Məryəm – mövlud” kilsəsi 1896-cı ildə ianələr hesabına inşa edilib. Kilsədə prixod məktəbi fəaliyyət göstərib. Kilsə bir müddət bağlansa da, 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılıb. Ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilib.

26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksiy Müqəddəs Məryəm – mövlud kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirilib. Kilsədə pravoslav ədəbiyyatı ilə zəngin kitabxana, uşaqlar üçün bazar günü məktəbi, həmçinin xeyrat yeməkxanası fəaliyyət göstərir.
































Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=40&nid=318005

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR