Ən çox satılan maşınlar (SİYAHI)

Ən çox satılan maşınlar (SİYAHI)
12:01 13 Mart 2015
Ölkə mətbuatı
A- A+

Rusiyada avtomobil satışında ciddi azalma qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, bu ölkədə fevral ayında "ikinci əl" avtomobillər yeni maşınlarla müqayisədə daha çox satılır. Ancaq buna baxmayaraq satışlar təxminən 22,5% aşağı düşüb.

Marka və modellərin reytinqində isə demək olar ki, ciddi dəyişiklik olmayıb. Yerli istehsal olan "Lada" bazarda liderliyini qoruyub saxlamağı bacarıb.

Rusiyada 2015-cu ilin fevral ayı ərzində 333 min 500 avtomobil satılıb. Əgər satış statistikasına nəzər salsaq görərik ki, ilin əvvəlindən bu yana "ikinci əl" avtomobillərin satışı 16,4% azalıb.

Rusiyada ən çox satılan avtomobillər arasında VAZ-2107 (11366) ilk sıradadır. Ancaq bu avtomobilin satışı 23,8% azalıb. Lada-2114 isə siyahıda ikinci yeri (10689) tutur. Üçüncü pillədə isə Lada-2110 (9526) modeli qərarlaşıb.

Ən az satılan avtomobillər isə müvafiq olaraq "Toyoto", "Nissan", "Chevrolet", "Ford", "Hyundai", "Volkswagen", "Mitsubishi", "Honda" və "Renault"dur.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=23&nid=331582

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR