İranın iqtisadiyyat və maliyyə naziri də Azərbaycana gəlir

İranın iqtisadiyyat və maliyyə naziri də Azərbaycana gəlir
15:33 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniya Bakıya səfər edəcək. Bunu Trend-ə eksklüziv açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsin Pakayin deyib.

O, qeyd edib ki, Ə.Təyyibniya Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəsmi dəvəti ilə Bakıya yanvarın üçüncü ongünlüyündə səfər edəcək.

Səfir bildirib ki, səfər zamanı tərəflər arasında iki ölkənin iqtisadi əlaqələrinin inkişaf etdirilməsi müzakirə olunacaq.

M.Pakayin səfərin dəqiq vaxtının sonra açıqlanacağını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2350277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR