Oğuzda “Su və dayanıqlı inkişaf” mövzusunda konfrans keçirilib

Oğuzda “Su və dayanıqlı inkişaf” mövzusunda konfrans keçirilib
14:03 13 Mart 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+


Oğuz, 13 mart, Mustafa Dadaşov, AZƏRTAC
BMT-nin İnkişaf Proqramı (BMTİP) və Fövqəladə Hallar Nazirliyinin (FHN) “Böyük Qafqaz Regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” adlı birgə layihəsi çərçivəsində martın 13-də Oğuz şəhərində “Su və dayanıqlı inkişaf” mövzusunda konfrans keçirilib. Tədbirdə BMT-nin Azərbaycandakı nümayəndəliyinin və aidiyyəti dövlət qurumlarının rəsmiləri, “Sel və daçqınların idarə edilməsi” layihəsinin heyəti, əsas tərəfdaş təşkilatların nümayəndələri, beynəlxalq və yerli ekspertlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, BMTİP-in Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev təmsil etdiyi təşkilatın Azərbaycanda su ehtiyatlarının mühafizəsi, su və daşqınların idarəedilməsi mexanizmlərinin işlənib hazırlanmasında böyük rola malik olduğunu vurğulayıb.
Su və dayanıqlı inkişaf mövzularını əhatə edən konfransın Ümumdünya Su Günü ərəfəsində keçirilməsini yüksək qiymətləndirən BMT-nin rezident əlaqələndiricisi və BMTİP-in rezident nümayəndəsi Antonius Brukun su ehtiyatlaqının qorunması və səmərəli istifadəsinin BMT-nin gələcək Post-2015 İnkişaf Gündəliyində əsas məqsədlərdən biri olacağını bildirib.
FHN-nin Dövlət Su Ehtiyatları Agentliyinin rəisi Baba Azakov Azərbaycanda içməli su ehtiyatlarının səmərəli istifadəsinin vacibliyini qeyd edərək bu istiqamətdə işlərin bundan sonra da davamlı olaraq görüləcəyini diqqətə çatdırıb.
Konfrans daha sonra işini layihəyə cəlb edilmiş ekspertlərin təqdimatı və müzakirələrlə davam etdirib.
Qeyd edək ki, içməli su ehtiyatlarının əhəmiyyətini diqqətə çəkmək və bu ehtiyatların dayanıqlı idarəetməsini təbliğ etmək üçün hər il martın 22-si Ümumdünya Su Günü kimi qeyd edilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oguzda_Su_ve_dayaniqli_inkisaf_movzusunda_konfrans_kechirilib-839013

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR