Ən ucuz internetli telefon buraxıldı - VİDEO

Ən ucuz internetli telefon buraxıldı - VİDEO
15:37 6 Yanvar 2015
142 Digər
Ölkə mətbuatı
A- A+

"Microsoft" şirkəti internetə çıxmaq imkanı olan ən ucuz mobil telefonu təqdim edib – bu "Nokia 215" modelidir.
 
Milli.Az fins.az-a istinadən bildirir ki, qiyməti cəmi 29 dollar olan telefon "Facebook", "Messenger", "Twitter", "Bing Search", "MSN Weather" və "Opera Mini" kimi tətbiqləri dəstəkləyir və müvafiq olaraq, sosial şəbəkələrdə ünsiyyət saxlamağa və veb səhifələrə daxil olmağa imkan verir. Doğrudur, "Nokia 215" yalnız "2G" şəbəkəsində işləyir. Amma bu sürət internetdən yararlanmağa tamamilə kifayət edir.
 
Texniki göstəricilərinə gəlincə, "Nokia 215" telefonu 320x240 piksellik 2,4 düymlük ekran, 0,3 meqapiksellik kamera, daxili fənər, MP3 pleyer və FM radio ilə təchiz edilib. Telefon simsiz "Bluetooth" interfeysini və "microSD" yaddaş kartını dəstəkləyir.
 
Qurğunun ölçüləri 116x50x12,9 mm, çəkisi 78,6 qramdır. Həmçinin telefonun iki SİM kart dəstəkləyən variantı təklif edilir. "Nokia 215" telefonu qara, ağ və yaşıl rəngli korpuslarda təklif edilir. Yeni model bu ilin birinci rübündə Yaxın Şərq, Afrika, Asiya və Avropada satışa çıxarılacaq.
 
Milli.Az
 
Videonu izləmək üçün şəkilə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/video/317545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR