İsrailə görə Dağlıq Qarabağ münaqişəsi necə nizamlanmalıdır?

İsrailə görə Dağlıq Qarabağ münaqişəsi necə nizamlanmalıdır?
15:43 6 Yanvar 2015
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Cəmilə Cəfərova/

Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə nizamlanmalıdır. Bunu Trend-ə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz deyib.

Onun sözlərinə görə, istənilən münaqişə sülh you ilə həll edilməlidir: "Bu, regiondakı təcrübəmizdən irəli gəlir. Sülh yolu ilə həll ən yaxşı qərardır ki, bu da çox vacibdir. İsrail ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini dəstəkləyir".

Səfir qeyd edib ki, hamı münaqişənin tez bir zamanda həll edilməsini istərdi: "Lakin tarixə müraciət etsək görərik ki, istədiyimiz kimi tez alınmır".

R.Harpaz əlavə edib ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "Bu bizim dəyişməz mövqeyimizdir. İsrailin xarici işlər naziri və Prezidenti bu barədə dəfələrlə bəyan edib".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2350267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR