Məşhur müğənni Sıla ötən gün İzmirdə yaşanan terror hadisəsinə görə konsertini təxirə salıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni sosial mediadakı hesabından verdiyi açıqlamada o, yanvarın 7-ə planlaşdırılan konsertini təxirə salındığını elan edib.

Daha öncə də bir neçə müğənni eyni addımı atmışdı.

Qeyd edək ki, ötən gün terrorçular Türkiyənin İzmir şəhərində məhkəmə binasının qarşısına bomba yüklənmiş maşınla gəliblər. Polis məmuru Fethi Sekin avtomobildə olan şəxslərdən şübhələnərək atəş açmağa başlayıb. Bu zaman terrorçular özlərini maşından yerə ataraq avtomobildəki bombanı işə salıblar. Hadisə nəticəsində bir ədliyyə zabiti və böyük faciənin qarşısını alan polis Fethi Sekin şəhid olub